NbTürkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Üçtərəfli Zirvə Görüşü keçirilib. Birinci Zirvə görüşündə hər üç ölkənin dövlət başçıları iştirak edib. Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Xalqlarımızın zəngin tarixi- mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri çoxdur. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. 2017- ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlər üç ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq yaranıb. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdı. Ölkəmiz tərəfindən bir çox layihələr icra ediləcək nəqliyyat bağlantıları sahəsində əməkdaşlığa yeni imkanlar açır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Hazırda Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuldur. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmiryolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasında artıq ilk rezidentlər yerləşir. Türkiyə və Türkmənistanda olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edirik. Azərbaycanda 8 beynəlxaq hava limanı fəaliyyət göstərir. Bunlardan ikisi işğaldan azad olunmuş ərazilərimizdə, Füzuli və Zəngilanda inşa edilib. 9-cu beynəlxalq hava limanı isə Laçında 2024- cü ildə açılması nəzərdə tutulur. 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq torpaqlarımızı 30 illik işğaldan azad etdik. Qarabağ münaqişəsi həll edildi. Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələrlə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış Türkmənistanın təsviri və dekorativ sənət əsərləri sərgisi 11 bölmədən ibarətdir. Sərgidə türkmən təbiətinin gözəlliyini və xüsusiyyətlərini əks etdirən xalçalar təqdim edildi.Dost və qardaş 3 ölkə arasındakı əməkdaşlıq bütün sahələrə dair atılacaq addımlar müzakirə olundu. Bir daha Azərbaycan -Türkiyə -Türkmənistan üçtərəfli formatında görüşün önəmi vurğulandı. Belə görüşlər müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına böyük töhfə verəcək.Kərim Əliyev,Xocalı rayon ziyalısı